"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Sədrin “hikkəsi” və ya...

--2021-04-22 / 16:53

Xətai rayonundan olan sabiq deputatın etikadan kənar hərəkəti gündəmi zəbt etdiyindən digər mövzuda yazmağın bəlkə də bu gün mənası yox idi. Təsadüfdən isə məhz Xətai rayonundan olan bələdiyyə sədrinin bizə qarşı bu günkü davranışı, habelə öz işinə məsuliyyətsiz yanaşması məni bu yazını yazmağa bir növ təhrik etdi.

Demək, ilk gündən fəaliyyətimizin əsas istiqaməti bələdiyyələrlə bağlı olduğundan daim bu sahənin inkişafı, habelə qarşılaşdığı problemlərin həllinə dəstək verməkdir. Daim qarşımıza qoyduğumuz hədəfə az da olsa, zəif addımlarla da olsa çatırıq. Və inanırıq ki, perspektiv bələdiyyələrindir.

Beləliklə, bələdiyyə qanunvericiliyi, qanunlardan irəli gələn digər hüquqi sənədlər, habelə ədliyyə Nazirliyinin metodik tövsiyələri hər zaman bələdiyyələri hesabatlılıq məsələrini diqqətdə saxlamağı tövsiyə edir. Və ən əsası seçicilərinə hesabat verməklə, həm də KiV-də öz fəaliyyətinin təbliğinə də yer ayırmağı bir şərt kimi qoyur. Bizdə məhz bu istiqamətdə çalışır, atdığımız bütün addımlar yuxarıda yazdığım kimi məhz bu istiqamətə söykənir.

Dəfələrlə yazılarımda, müraciətlərimdə hətta elektron media vasitələrindəki çıxışlarımda buna çalışıram. Bu gün Belediyye.info saytı ilə əməkdaşlıq edən bələdiyyələrin sayı 400 keçib. Və bunların doxsan faiz ilə əməkdaşlıq əlaqələri təmənna üzərində qurulmayıb. Yəni əməkdaşlıq xidmət müqaviləsi imzlamadan həyata keçirilir. Rəsmən qeyd edə bilərəm ki, bu gün cəmi 26 bələdiyyə ilə müqavilə mövcuddur.

Biz müxtəlif üsullardan istifadə etməklə bələdiyyənin fəaliyyətini, habelə problemlərini ictimailəşdirməklə köməyimizi göstərir və bununla qanunun tələbini icra etmiş oluruq.

Qayıdaq əhmədli bələdiyyəsinin sədrinin davranışına. Demək, sosial media üzərində belə bir cümlə yazmışdım. : “Xətai rayonu əhmədli bələdiyyəsi də 1999-cu il dekabr seçkilərində formalaşdırlıb. Bu gün fəaliyyətsizliyi ilə seçilənlər sırasındadır”.

Sosial media hesabımda, qeyd edim ki, tez-tez fəaliyyətini təbliğ etməyən, təbliğə maraqlı olmayan və seçicilərinə hesabat verməyən bələdiyyələri qeyd edir və ictimaiyyətə açıq olmaları istənilir. Deyim ki, bu həm də bələdiyyələri seçici qarşısında hesabat verməyə səsləməkdir. Bunun müqabilində sədr bərk “əsəb sarsıntısı” keçirmiş və bizi votsap üzərində borclu çıxarmağa çalışmışdır. Təəssüf...

Mən sədrin diqqətinə çatdırmaq istəyirəm ki, əhmədli bələdiyyəsi barədə mediada son beş il ərzində hər hansı məlumatın verilməməsi konkert sədrin fəaliyyəsizliyinə dəlalət edir, desəm, yəqin ki yanılmaram. Üstəlik, əlaqə qurduğumuz sakinlərin yüzdə doxsanının bələdiyyənin fəaliyyəti qane etməməsi demək “bələdiyyə iş görməyib” anlamına gəlir.

Sədrə xatırlatmaq istərdim ki, sədr kimi yox, heç olmasa üzv kimi özünə son iyirmi ildəki fəaliyyətiylə bağlı hesabat versin ki, mən bələdiyyə üçün nə etmişəm, hansı layihələri icra etmişəm, hansı yenilikləri tətbiq etmişəm və ya....

Yadına düşməyənləri bizə müraciət etsə xatırladarıq.

Düşünürəm ki, məsələni diqqətdə saxlasamda böyütməyə ehtiyac yoxdur. Sadəcə sədr bilsin ki, onun atdığı hər bir addım biz də olmasa da, bələdiyyənin digər üzvlərində və müvafiq orqanlarda ətraflı şəkildə vardır.

Sədrə isə arzu edirəm ki, seçildiyi növbəti beş ildə bələdiyyəsinə xeyr verməklə faydalı bir iş görmüş olsun ki sakinlərin yaddaşında qalmış olsun.

Biz isə hər zaman əməkdaşlığa hazır olduğumuzu bir daha bəyan edir, bütün anlaşılmazlığa baxmayaraq bələdiyyəni əməkdaşlığa dəvət edir, inanırıq ki, əhmədli bələdiyyəsi sakinlər arasında hörmət və nüfuzunu artırmaq üçün bundan sonra daha ciddi addımlar atacaqdır.

Bu işdə biz yalnız bələdiyyəyə uğurlar arzulayırıq.

Vüqar Tofiqli

ŞƏRHLƏR